...

"Formula 1" Azərbaycan Qran Prisi həyatımın ən yaxşı yarışları kimi yaddaşımda qalacaq - ABŞ-dan olan azarkeş

İdman Materials 30 Aprel 2023 18:53 (UTC +04:00)
"Formula 1" Azərbaycan Qran Prisi həyatımın ən yaxşı yarışları kimi yaddaşımda qalacaq - ABŞ-dan olan azarkeş

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisi həyatımın ən yaxşı yarışları kimi həmişəlik yaddaşımda qalacaq.

Bunu bazar günü Trend-ə ABŞ-dan olan azarkeş Kavya Kumar deyib.

"Mən Formula 1-i təzəlikdə izləməyə başlamışam. Yarış səbəbilə ölkənizə səyahətə gəlməyə qərar verdim. Formula 1 Azərbaycan Qran Prisi canlı baxdığım ilk yarışdır. Mən "Ferrari" komandasının azarkeşiyəm və çox şadam ki, bu komandanın üzvü Şarl Lekler ilk üçlükdə yer alıb. Mən Bakıya çox uzun yol gəldim və sərf etdiyim vaxta bir saniyə belə peşman olmadım. Birincisi, nəhayət yarışı canlı izlədim. İkincisi, mən Azərbaycan kimi gözəl ölkə ilə tanış oldum. Mən sizin paytaxtınızdan, mətbəxinizdən, iqliminizdən çox məmnun qaldım", - deyə azarkeş bildirib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisinin əsas yarışı aprelin 30-da baş tutub.

İki saat davam edən yarışın sonunda "Red Bull" pilotu Serxio Peres qalib gəlib. Peresin komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti