...

Gənc azərbaycanlı gimnastlar beynəlxalq turnirdə uğurlu çıxış ediblər (FOTO)

İdman Materials 12 İyun 2023 11:54 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"Ocaq Sport" klubunun və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri bədii gimnastika üzrə Latviyanın Kekava şəhərində keçirilən "Fairy Dust" beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Trend bu barədə bazar ertəsi xəbər verir.

"Ocaq Sport" klubunun təmsilçiləri arasında Maya Kozaçuk çoxnövçülük, topla və gürzlə hərəkətlər üzrə gümüş medallar; Röya Əlikişiyeva gürzlə proqramda qızıl medal və çoxnövçülük üzrə gümüş medal; Mehin Hüseynova topla kompozisiyaya görə bürünc medal; Nigar Əhmədzadə gürzlə hərəkətlər üzrə gümüş medal, İnci İslamova isə topla hərəkət proqramına görə qızıl medal qazanıb.

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Fəxriyə Əliyeva gürzlə hərəkətlər proqramında birinci yer tutub.

Bədii gimnastika üzrə yarışlar 9-11 iyun tarixlərində keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti