Bakı. Trend:
Futbol üzrə Türkiyə millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan yığması ilə 1:1 hesabı ilə bərabərə qalıb.
Trend-in məlumatına görə, görüş Türkiyənin Eskişehir şəhərində baş tutub.
Ermənistan millisinin heyətində Artak Daşyan (49-cu dəqiqə) qola imza atıb. Türkiyə yığmasının heyətində Bertuq Yıldırım (88) fərqlənib.