...

Naxçıvanda bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinin son gününə start verilib (FOTO)

İdman Materials 22 Sentyabr 2023 12:43 (UTC +04:00)
Naxçıvanda bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinin son gününə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Naxçıvan. Trend:

Naxçıvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinin son gününə start verilib

Trend xəbər verir ki, beynəlxalq turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Bu gün fərdi proqramda çıxış edən gimnastlarla yanaşı, komandalar qrup hərəkətləri üzrə proqramlarda çıxış edəcəklər.

Xatırladaq ki, Naxçıvanda təşkil olunmuş bədii gimnastika üzrə birinci beynəlxalq yarışda balacalar (2016-2017-ci il təvəllüdlü), uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-ə yaxın gimnast iştirak edir.

Yarışlarda Azərbaycanın paytaxtından və bölgələrdən (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) 20 klubun gimnastları iştirak edir.

Yarışların yekunlarına görə, fərdi proqramlarda çıxış edən gimnastlar arasında çoxnövçülük və ayrı-ayrı predmetlərlə hərəkətlər üzrə, eləcə də, komandalar arasında qrup hərəkətləri üzrə qaliblər və mükafatçılar müəyyən ediləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova; Foto: Zaur Mustafayev)

Xəbər lenti

Xəbər lenti