...

Ölkənin bu klubuna texniki məğlubiyyət verildi

İdman Materials 29 Sentyabr 2023 16:12 (UTC +04:00)
Ölkənin bu klubuna texniki məğlubiyyət verildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda 2-ci liqada baş verən qayda pozuntuları ilə bağlı da qərarlar da açıqlanıb.

Adı protokolda qeyd edilməmiş futbolçu Nurlan Quliyevin "Şahdağ Qusar"a qarşı 4-cü tur oyununda meydana çıxmasına görə "Cəbrayıl"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni zamanda, "Cəbrayıl" klubu 400 manat məbləğində cərimələnib.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti