Bakı. Trend:
İyirmi üç yaşlı keniyalı atlet Kelvin Kiptum marafon qaçışı üzrə dünya rekordunu yeniləyib.
Trend-in məlumatına görə, idmançı Çikaqoda keçirilən yarışda 42 kilometr 195 metr məsafəni 2 saat 35 saniyəyə qət edib.
Bundan əvvəlki nailiyyət 2022-ci ilin sentyabrında Berlində keçirilən yarışda 2 saat 1 dəqiqə 9 saniyə nəticə göstərən Keniyanın digər nümayəndəsi, ikiqat Olimpiya çempionu Eliud Kipçogeyə məxsus idi.