...

Dünya çempionu futboldan 2 illik uzaqlaşdırılıb

İdman Materials 20 Oktyabr 2023 20:40 (UTC +04:00)
Dünya çempionu futboldan 2 illik uzaqlaşdırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina millisinin üzvü Papu Qomes iki il müddətinə futboldan uzaqlaşdırılıb.

Trend xəbər verir ki, buna səbəb "Montsa"nın yarımmüdafiəçisinin antidopinq qaydalarını pozmasıdır.

Ötən ilin noyabrında “Sevilya”da çıxış edərkən Qomesin dopinq-testində qadağan olunmuş maddə aşkar edilmişdi. İdmançı iddia edir ki, həmin vaxt özünü pis hiss edib və həkimlərlə məsləhətləşməzdən əvvəl övladı üçün nəzərdə tutulan öskürək siropu içib.

Qeyd edək ki, Papu Qomes Argentina millisinin heyətində DÇ-2022-nin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti