...

İlin ən yaxşı kişi və qadın qapıçısı məlum oldu

İdman Materials 27 Dekabr 2023 11:12 (UTC +04:00)
İlin ən yaxşı kişi və qadın qapıçısı məlum oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı kişi və qadın qapıçısının adını açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, kişilərdə bu nominasiyaya İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Ederson layiq görülüb.

Otuz yaşlı braziliyalı 145 xalla hər kəsi qabaqlayıb. “Aston Villa”dan Emiliano Martines ikinci, “Real Madrid”dən Tibu Kurtua üçüncü olub.

Qadınlarda isə bu ada 164 xalla “Mançester Yunayted”in qapıçısı Mari Earps layiq görülüb. “Barselona”dan Sandro Panos ikinci, “Çelsi”dən Zekira Musoviç üçüncü yeri tutub.

Xəbər lenti

Xəbər lenti