Bakı. Trend:
“Zirə” klubu futbolçularından biri ilə yollarını ayırıb.
Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" serbiyalı yarımmüdafiəçi Andriya Lukoviçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, A. Lukoviç bu mövsüm 7 matçda forma geyinib.