...

Cüdoçumuz “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb

İdman Materials 3 Fevral 2024 23:31 (UTC +04:00)
Cüdoçumuz “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Trend-in məlumatına görə, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev Komor adaları, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.

Həlledici görüşdə belçikalı Matias Kasselə uduzan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Millinin digər üzvləri Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kiloqram) və Səid Mollayi (81 kiloqram) isə uğursuz nəticə göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti