...

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb (FOTO)

İdman Materials 18 Fevral 2024 20:01 (UTC +04:00)
Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

Trend-in məlumatına görə, yarışın son günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov rusiyalı Valeriy Endovitskiyə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Millinin digər üzvlərindən bu gün mübarizəyə qoşulmuş Camal Qamzatxanov qızıl, Vüqar Talıbov (90 kiloqram) isə bürünc mükafat əldə edib.

Bununla da Azərbaycan yığması "Böyük Dəbilqə" turnirini 8 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti