...

Konfrans Liqası: 1/8 finala son vəsiqə qazanan komandalar müəyyənləşib

İdman Materials 23 Fevral 2024 02:58 (UTC +04:00)

Bakı. Trend:

UEFA Konfrans Liqasında pley-off mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, cavab oyunlarından sonra 1/8 finala vəsiqə qazanan daha 7 komanda bəlli olub.

Beləliklə, İsrailin "Makkabi" (Hayfa) komandasından sonra İsveçrənin "Servett", Xorvatiyanın "Dinamo" (Zaqreb), Niderlandın "Ayaks", Avstriyanın "Şturm", Norveçin "Molde", Yunanıstanın "Olimpiakos" və Belçikanın "Union" klubları növbəti raunda adlayıblar.

Qeyd edək ki, Konfrans Liqasında daha əvvəl İngiltərənin "Aston Villa", Belçikanın "Brügge", Türkiyənin "Fənərbağça", İtaliyanın "Fiorentina", Fransanın "Lill", İsrailin "Makkabi" (Təl-Əviv), Yunanıstanın PAOK və Çexiyanın "Viktoriya" (Plzen) komandaları qrup lideri kimi 1/8 finala birbaşa vəsiqə əldə ediblər.

Xəbər lenti

Xəbər lenti