Bakı. Trend:
"İdman Bizdə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin bu dəfəki qonağı PFL-in sabiq prezidenti Ramin Musayev olub.
Trend xəbər verir ki, qonağımız Azərbaycan çempionatının hazırkı durumunu dəyərləndirib, “Qarabağ”ın Avropa Liqasındakı zəfərinə şərh verib. O, həmçinin AFFA-da gözlənilən dəyişikliklərə münasibət bildirib, milli komandanın boş qalan baş məşqçi postuna namizədlərini açıqlayıb. Musayev vaxtilə prezidenti olduğu “Neftçi”nin də vəziyyətinə toxunub, avrokubokda gördüyü klubların adlarını deyib.
Müsahibənin videovariantını təqdim edirik: