...

“Qarabağ”ın qapıçısı 2,5 ildən sonra (VİDEO)

İdman Materials 18 Mart 2024 15:15 (UTC +04:00)
“Qarabağ”ın qapıçısı 2,5 ildən sonra (VİDEO)

Bakı. Trend:

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə qoşulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.

32 yaşlı qapıçı Serbiya və Paraqvayla yoldaşlıq oyunlarına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışına qatılıb. Lunyov son 2,5 ildə ilk dəfə millinin düşərgəsindədir.

Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, dörd gün sonra Paraqvayla görüşəcək.

Xəbər lenti

Xəbər lenti