...

Ronaldu İsveçlə oyunu buraxacaq

İdman Materials 19 Mart 2024 09:54 (UTC +04:00)
Ronaldu İsveçlə oyunu buraxacaq

Bakı. Trend:

Kriştiano Ronaldu Portuqaliya millisinin İsveçlə yoldaşlıq oyununda iştirak etməyəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.

39 yaşlı ulduz futbolçu bu matçın heyətinə daxil edilməyib. Ronaldu martda keçiriləcək yoldaşlıq oyunları üçün açıqlanan heyətdə yer alsa da, komandanın düşərgəsinə Sloveniya ilə qarşılaşma ərəfəsində gələcək.

Qeyd edək ki, Portuqaliya yığması martın 21-də İsveçlə, 26-da Sloveniya ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti