Bakı. Trend:
“Beşiktaş”ın idman direktoru Samet Aybaba “Qarabağ” rəhbərliyi ilə Olavio Juninyonun transferi üçün görüşüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu iddia ilə Türkiyənin “Fotosport” nəşri çıxış edib.
Bildirilib ki, artıq Azərbaycan çempionunun braziliyalı forvard
üçün istədiyi məbləğ dəqiqləşəb. İstanbul təmsilçisi transferi
reallaşdırmaq üçün 8 milyon avro ödəməlidirlər.
Türkiyə mətbuatı bu məbləğin “Beşiktaş” üçün çox olduğunu və
danışıqların davam etdirildiyini də vurğulayıb.
Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.