...

Nicat Abasov Hikaru Nakamura ilə xalları yarıya bölüb

İdman Materials 7 Aprel 2024 02:12 (UTC +04:00)
Nicat Abasov Hikaru Nakamura ilə xalları yarıya bölüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şahmat üzrə İddiaçılar turnirində III turun oyunları keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Təmsilçimiz ağ fiqurlarla oynayıb. Tərəflər 29-cu gedişdə sülhə razı olublar.

İddiaçılar turniri
III tur, 6 aprel

Nicat Abasov – Hikaru Nakamura - 0,5:0,5
Alireza Firuzya – Fabiano Karuana
Dommaradju Qukeş – Yan Nepomnyaşi
Vidit Santoş Qujrati – Rameşbabu Praqnanandja

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Vidit Santoş Qujrati (Hindistan) – 1,5, 3-4. Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 1,5, 5-6. Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 0,5, 7-8. Alireza Firuzya (Fransa), Rameşbabu Praqnanandja (Hindistan) – 0,5.-

Qeyd edək ki, Abasov IV turda Alireza Firuzya ilə qarşılaşaq. Şahmatçımız yenə ağ fiqurlarla mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti