...

Azərbaycan atıcısı lisenziya turnirində finala yüksəlib

İdman Materials 14 Aprel 2024 10:40 (UTC +04:00)

Bakı. Trend:

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya təsnifat turnirində finala yüksəlib.

Trend xəbər verir ki, o, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xal qazanaraq buna nail olub.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib gələrsə, "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti