...

AFFA “İmişli”nin şikayətini qismən təmin edib

İdman Materials 17 Aprel 2024 17:37 (UTC +04:00)
AFFA “İmişli”nin şikayətini qismən təmin edib

Bakı. Trend:

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Qurum "İmişli"nin şikayətinə baxıb. I Liqanın XX turu çərçivəsində keçirilən “Mingəçevir” – “İmişli” oyununun 80-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Gilyerme Silvanın 2 oyun cəzalanması, klubun 150 manat cərimə edilməsinə yenidən baxılıb.

Futbolçu barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni, 1 matçlıq diskvalifikasiya şərti tətbiq ediləcək. Ona 3 ay sınaq müddəti verilib. Cərimə isə qüvvədə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti