...

“Qarabağ”dan 16 mövsümün REKORDU

İdman Materials 29 May 2024 11:01 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ” cari mövsümdə kubokda 19 qola imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, son 16 mövsümdə ilk dəfə belə məhsuldarlıq qeydə alınıb.

Sonuncu dəfə 2007/08 mövsümündə eyni komanda bu qədər qola imza atıb. Həmin vaxt “Xəzər Lənkəran” 27 qola sevinib. “Neftçi” və “İnter” (indiki “Şamaxı”) 19 dəfə fərqlənib.

Qeyd edək ki, finalda “Zirə” ilə qarşılaşacaq “Qarabağ” göstəricisini daha da yaxşılaşdıra bilər.

Xəbər lenti

Xəbər lenti