...

Polşa yığması AVRO-2024-lə vidalaşan ilk komanda oldu

İdman Materials 22 İyun 2024 01:56 (UTC +04:00)
Polşa yığması AVRO-2024-lə vidalaşan ilk komanda oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AVRO-2024-lə vidalaşan ilk yığmanın adı bəlli olub.

Trend İdman.biz-ə istinadən istinadən xəbər verir ki, Polşa millisi pley-off şansını itirib.

Keçirdiyi hər iki oyunda uduzan polşalılar son turun nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələ bilməyəcəklər. Niderland – Fransa matçının heç-heçə başa çatması Polşanın ümidlərinin üstündən xətt çəkib.

2 turdan sonra Niderland və Fransa hərəyə 4, Avstriya isə 3 xal toplayıb. Bu gün avstriyalılara uduzan polşalılar şəxsi görüşlərin nəticəsinə görə 4-cü pilləni tərk etməyəcəklər.

Qeyd edək ki, son turda Polşa – Fransa, Niderland – Avstriya oyunları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti