...

Bu amil “Sabah”a kömək edə bilər - “Makkabi”nin sabiq futbolçusu

İdman Materials 22 İyun 2024 12:20 (UTC +04:00)

Bakı. Trend:

“Futbolda hər şeyin mümkün olduğunu artıq hamımız bilirik.

Trend xəbər verir ki, bunu İdman.biz-ə “Sumqayıt”ın futbolçusu Roi Kehat deyib.

İsrailli yarımmüdafiəçi “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”sinə rəqib olmasını dəyərləndirib. O, ölkəsinin komandasının üstün tərəflərini açıqlayıb: “Maraqlı matç ola bilər. “Makkabi” son illərdə İsraildə, eləcə də Avropada çox yaxşı nəticələr göstərən əla komandadır. Keçən il bir çox oyunçu klubu tərk etdi və buna baxmayaraq, yaxşı nəticələrə imza atdılar”.

“Makkabi”nin sabiq futbolçusu “Sabah”ın da üstün tərəflərini açıqlayıb: “Bildiyimiz qədərilə oyun İsraildə keçirilməyəcək. “Makkabi”nin öz stadionunda oynamaması “Sabah”a kömək edə bilər”.

Qeyd edək ki, “Sabah” ilk oyununu iyulun 25-də səfərdə “Makkabi”yə qarşı keçirəcək. Cavab matçı 1 həftə sonra Bakıda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti