...

Türkiyə millisindən əzmkar qələbə: Ay-ulduzlular növbəti mərhələdə (VİDEO)

İdman Materials 27 İyun 2024 01:02 (UTC +04:00)
Türkiyə millisindən əzmkar qələbə: Ay-ulduzlular növbəti mərhələdə (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-ün qrup mərhələsinə yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 1/8 finalın son iştirakçıları F qrupunun matçlarından sonra bəlli olub.

Qardaş Türkiyə yığması Çexiyanı məğlub edib. 20-ci dəqiqədən azlıqda qalan çexlər 1:2 hesabı ilə uduzublar.

Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti