...

“Qarabağ”ın mümkün rəqibləri bəlli olub

İdman Materials 22 İyul 2024 14:19 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra bəlli olub.

II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq Azərbaycan çempionu Cəbəllütariq təmsilçisini mübarizədən kənarlaşdırsa, "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" Mn (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” duelinin qalibi ilk görüşü evdə keçirəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”la matçları iyulun 23-də və 30-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti