Paris. Trend:
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Trend xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz -uze gəlib.
Rəqibinə məğlub olan Gultac Məmmədəliyeva turnirlə vidalaşmalı olub.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Yaşar Nəcəfov da turnirlə vidalaşıb.