...

“Neftçi” üçün iki xorvat və iki italiyalı hakimlər təyin edilib

İdman Materials 23 Avqust 2024 16:57 (UTC +04:00)

Bakı. Trend:

“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının avrokuboklardakı debüt matçının hakimləri bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Bakı klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Avstriya təmsilçisi “Sankt Qallen”lə görüşəcək.

Qarşılaşmanı Xorvatiya və İtaliyadan olan hakimlər idarə edəcək. Yelena Kumer matçın baş hakimi olacaq.

Ona həmyerlisi Sanya Rodyak-Karşiç və italiyalı Françeska Di Monte kömək edəcəklər. Digər apenninli Mariya Marotta dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Gürcüstanın Tsxaltubo şəhərindəki görüş sentyabrın 4-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti