“Paris-2024”: Parakamandan oxatma üzrə Azərbaycan millisinin üzvü çıxışını başa vurub

İdman Materials 4 Sentyabr 2024 11:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parakamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Cahan Musayev "Paris-2024" Yay Paralimpiya Oyunlarında mübarizəni dayandırıb.

Trend xəbər verir ki, 1/6 finalda iranlı Məhəmmədrza Əmiri ilə qarşılaşan idmançımız rəqibinə 4:6 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti