Bakı. Trend:
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, Moldova - İsveç oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək. Sentyabrın 10-da Moldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.