Bakı. Trend:
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 7-8-də Bakıda təlim-məşq toplanışı olacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız heyətinə 23 futbolçu cəlb edilib.
Komandamız 2 günlük hazırlıqdan sonra oktyabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərinə yollanacaq. Burada ayın 17-dək toplanış keçəcək U-17 Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyununda qarşılaşacaq.