...

Azərbaycan qılıncoynadanı "Örebro Masters - Nordic Championships"də qızıl qazanıb

İdman Materials 9 Oktyabr 2024 06:49 (UTC +04:00)
Azərbaycan qılıncoynadanı "Örebro Masters - Nordic Championships"də qızıl qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeniyetmə qılıncoynadanı Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən beynəlxalq turnirində uğurlu çıxış edib.

Trend İdman.biz-ə istinadən xəbər verir, qılıncoynadanımız "Örebro Masters - Nordic Championships"də qızıl medal qazanıb.

İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının yarışdığı turnirdə Vahab 17 yaşadək oğlan şpaqaçıların fərdi mübarizəsində qrup mərhələsini 5 qələbə ilə başa vuraraq, pley-offa yüksəlib. Təmsilçimiz finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gəlib.

Vahab Fətullayev həlledici qarşılaşmada yerli qılıncoyandan Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti