...

AFFA Hakimlər Komitəsinin sədri “Qalatasaray”ın oyununa təyinat aldı

İdman Materials 9 Dekabr 2024 18:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.

Trend xəbər verir ki, belçikalı keçmiş referi Avropa Liqasının əsas mərhələsində İsveçdə “Malmö” ilə Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək VI tur oyununun hakim-inspektoru olacaq.

Bildirilir ki, dekabrın 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Matçın hakimlər briqadası hələ açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti