Bakı. Trend:
Braziliyalı hücumçu Antoni mövsümün sonuna kimi İspaniyanın "Betis" klubunda forma geyinəcək.
Trend xəbər verir ki, bu barədə Sevilya klubu rəsmi açıqlama yayıb.
24 yaşlı futbolçu "Mançester Yunayted"dən icarəyə götürülüb. "Qırmızı şeytanlar"ın heyətində özünü göstərə bilməyən Antoni bundan sonra "Betis"də çıxış edəcək.
Qeyd edək ki, Antoni "Mançester Yunayted" ilə 2027-ci ilin yayına qədər müqavilə bağlayıb. O, bu mövsüm İngiltərə klubu ilə cəmi 14 oyunda iştirak edib və yalnız 1 qolla yadda qalıb.