...

Cüdoçularımız Bakıdakı "Böyük Dəbilqə" turnirini 5 medalla başa vurublar

İdman Materials 16 Fevral 2025 20:26 (UTC +04:00)
Cüdoçularımız Bakıdakı "Böyük Dəbilqə" turnirini 5 medalla başa vurublar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil edilən yarışın son günündə mübarizəyə qoşulan milli komandamızın 9 üzvündən yalnız ikisi bürünc mükafat uğrunda qüvvəsini sınayıb.

Əjdər Bağırov (100 kiloqram) Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Niyaz Bilalova, Kənan Nəsibov (+100 kiloqram) isə yaponiyalı Kanta Nakanoya uduzaraq 5-ci yeri tutublar.

Qeyd edək ki, Azərbaycan cüdoçularından Zelim Tçkayev (81 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) gümüş, Vüsal Qələndərzadə (73 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Elşən Əsədov (66 kiloqram) bürünc mükafata sahib çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti