...

PSJ "Portu"nun gənc ulduzu Rodriqo Moranı transfer etmək istəyir

İdman Materials 1 Mart 2025 07:42 (UTC +04:00)
PSJ "Portu"nun gənc ulduzu Rodriqo Moranı transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris "Sent-Jermen" növbəti mövsüm heyətini gücləndirmək məqsədilə yeni futbolçu axtarışlarını davam etdirir.

Trend xəbər verir ki, Fransa nəhəngi "Portu"nun istedadlı yarımmüdafiəçisi Rodriqo Moranı transfer etməyi planlaşdırır.

Bu barədə idman jurnalisti Luis Koelyo öz "X" hesabında məlumat paylaşıb. Bildirilir ki, PSJ 17 yaşlı futbolçu üçün Portuqaliya klubuna 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rodriqo Mora "Portu" akademiyasının yetirməsidir və gələcəyin perspektivli oyunçularından biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti