...

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

İdman Materials 22 Mart 2025 23:34 (UTC +04:00)
Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Bakı. Trend:

Türkiyədə təlim-məşq toplanışında iştirak edən Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirib.

Trend-in məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Moldova ilə üz-üzə gəlib. Matç yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma üç gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti