Bakı. Trend:
"Napoli" mövsümün sonunda "Torino"nun qapıçısı Vanja Milinkoviç-Saviçi heyətinə qatmaq istəyir.
Trend xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Buna baxmayaraq, neapollular mövcud qapıçıları Aleks Meretin müqaviləsini "2+1" sxemi ilə uzatmağa yaxındır.
Beləliklə, "Napoli" növbəti mövsümdə iki əsas qapıçı ilə oynamağı planlaşdırır.
Qeyd edək ki, 28 yaşlı serbiyalı qapıçı cari mövsümdə 33 matçda meydana çıxıb, 10 dəfə qapısını toxunulmaz saxlayıb və Avropanın Top-5 liqalarında ən çox – 4 penalti dəf edən qapıçı olub.