Bakı. Trend:
"Çelsi" futbol klubu Ceydon Sançonu tam hüquqlu transfer etmək niyyətindədir.
Trend-in məlumatına görə, London klubu hazırda icarə əsasında çıxış edən futbolçu üçün 25 milyon avro ödəməyi planlaşdırır.
Hazırda "Mançester Yunayted"ə məxsus olan Sanço mövsümün sonuna qədər "zadəganlar"ın heyətində yer alıb. Onun oyunundan məmnun qalan "Çelsi" müqavilədəki satınalma bəndini aktiv etmək hüququna sahibdir.
Qeyd edək ki, London təmsilçisi yayda daha bir cinah yarımmüdafiəçisini heyətinə qatmağı düşünür. Mixail Mudrixin dopinq səbəbindən diskvalifikasiya edilməsi komandanın vəziyyətini çətinləşdirib.