...

Azərbaycanın U-19 futzal millisi Avropa çempionatına məğlubiyyətlə başladı

İdman Materials 26 Mart 2025 23:57 (UTC +04:00)
Azərbaycanın U-19 futzal millisi Avropa çempionatına məğlubiyyətlə başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib.

Trend xəbər verir ki, 7-ci qrupda mübarizə aparan U-19 millisi Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Ribnjak İdman Sarayında baş tutan görüş Azərbaycan komandasının 2:10 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı növbəti oyununu sabah Xorvatiya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti