Bakı. Trend:
"Neftçi" Misli Premyer Liqasının 28-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan” klubu ilə matçın hazırlığını yekunlaşdırıb.
Trend xəbər verir ki, komandanın heyətində iki itki var.
Oyunöncəsi son məşqində Emin Mahmudov və Andrey Ştoqrin iştirak etməyib. Onlar zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.
Qeyd edək ki, martın 29-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 16:45-də start götürəcək.