...

Bu gün dünya çempionatının daha altı görüşü keçiriləcək

İdman Materials 9 İyun 2025 08:24 (UTC +04:00)
Bu gün dünya çempionatının daha altı görüşü keçiriləcək

Bakı. Trend:

Bu gün dünya çempionatının seçmə mərhələsinin qrup görüşlərində birinci turun daha altı görüşü keçiriləcək.

Trend xəbər verir ki, I qrupunda mübarizə aparan Estoniya Norveçi, İtaliya isə Moldovanı qəbul edəcək.

J qrupunda qərarlaşan Qazaxıstan Şimali Makedoniyanı, Belçika isə Uelsi qonaq edəcək.

L qrupunda Xorvatiya Çexiya ilə, Farer Adaları isə Cəbəllüttariq ilə üz-üzə gələcək.

Dünya çempionatının seçmə mərhələsi

I tur

J qrupu

Saat 18:00, Qazaxıstan - Şimali Makedoniya;

Saat 22:45, Belçika - Uels;

I qrupu

Saat 22:45, Estoniya - Norveç;

Saat 22:45, İtaliya - Moldova;

L qrupu

Saat 22:45, Xorvatiya - Çexiya;

Saat 22:45, Farer Adaları - Cəbəllüttariq.

Xəbər lenti

Xəbər lenti