...

Türkiyədə 149 futbol hakimi mərc oyunlarında iştiraka görə cəzalandırılıb

İdman Materials 31 Oktyabr 2025 17:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) hakimlərin mərc oyunlarında iştirakı ilə bağlı araşdırması çərçivəsində referilərə verilən cəzaları açıqlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

TFF-nin məlumatında bildirilir ki, mərc oyunlarında iştirak etdiyi müəyyən edilmiş 149 hakimə 8 ilə 12 ay arasında hakimlikdən məhrumetmə cəzası verilib.

Yüksək dərəcəli hakimlər Zorbay Küçük və Melih Kurt, eləcə də dərəcə hakimi Mertcan Tubayla bağlı araşdırmanın isə davam etdirilməsinə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti