...

"Çelsi" bu kluba icarəyə verdiyi hücumçunu geri çağırdı

İdman Materials 19 Yanvar 2026 18:47 (UTC +04:00)
"Çelsi" bu kluba icarəyə verdiyi hücumçunu geri çağırdı

Bakı. Trend:

"Çelsi" Türkiyənin "Fatih Karagümrük" klubuna icarəyə verdiyi David Datro Fofananı geri çağırıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, London klubu icarə müqaviləsinə vaxtdından əvvəl xitam verib. "Çelsi" 23 yaşlı forvardı başqa kluba icarəyə verəcək.

Qeyd edək ki, David Datro Fofana mövsümün əvvəlindən "Fatih Karagümrük"də çıxış edir. Fil Dişi Sahili millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti