Bakı. Trend:
Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Atletiko"da çıxış edən Tiaqo Almadanı transfer etmək istəyir.
"Sarı-qırmızılar" Argentina millisinin üzvü üçün İspaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Atletiko" Tiaqo Almaadanı mövsümün əvvəlində "Botafoqo"dan 21 milyon avroya transfer edib.