Bakı. Trend:
İngilis mərkəz müdafiəçisi Mark Qehi “Mançester Siti” ilə müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Mançester Siti” 25 yaşlı İngiltərə millisinin üzvü üçün 23 milyon avro ödəyəcək. Futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, ötən yay Qehinin təxminən 40 milyon avroya “Liverpul”a keçidi gündəmdə olub, lakin transfer son anda baş tutmayıb.
“Çelsi”nin gənclik sisteminin yetirməsi olan Mark Qehi 2021-ci ilin yayında 23 milyon avro qarşılığında “Kristal Palas”a transfer olunub. Onun London klubu ilə mövcud müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.
Bu mövsüm Qehi “Kristal Palas”ın heyətində 33 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
