...

"Çelsi" yarımmüdafiəçini "Mançester Yunayted"ə satmayacaq

İdman Materials 24 Yanvar 2026 04:29 (UTC +04:00)
"Çelsi" yarımmüdafiəçini "Mançester Yunayted"ə satmayacaq

Bakı. Trend:

Kol Palmer "Çelsi"ni tərk etməyəcək. Əvvəl Britaniya mətbuatı məlumat vermişdi ki, yarımmüdafiəçi "Çelsi"də darıxır və "Mançester Yunayted"ə keçə bilər.

Trend "The Telegraph"a istinadən xəbər verir ki, 23 yaşlı oyunçu belə niyyətləri barədə London klubunun rəhbərliyinə məlumat verməyib. Keçən İngiltərə çempionatının ən yaxşı oyunçularından biri olan Palmer "Çelsi" üçün toxunulmazlardan hesab olunur, onu satmaq planlaşdırılmır.

Qeyd edək ki, Palmerin "zadəganlar"la müqaviləsi 2033-cü ilədəkdir.

Xəbər lenti

Xəbər lenti