Bakı. Trend:
"Qalatasaray" Noa Lanqdan sonra daha bir futbolçunun keçidini yekunlaşdırmaq üzrədir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul nəhəngi Yaser Asprilyanı icarəyə götürmək üçün "Jirona" ilə razılıq əldə edib.
Müqavilədə müəyyən şərtlər daxilində işə düşəcək 23 milyon avroluq satınalma bəndi yer alacaq. Bu, oyun sayı ilə bağlıdır. Kolumbiyaa millisinin üzvü yaxın günlərdə Türkiyəyə gedib "Qalatasaray"la sözləşmə imzalayacaq.
Qeyd edək ki, "Jirona" Yaser Asprilyanı 2024-cü ilin yayında "Uotford"dan 18 milyon avroya transfer edib. 22 yaşlı vinger bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
