...

"Atletiko" ciddi itki ilə üzləşdi

İdman Materials 24 Yanvar 2026 13:18 (UTC +04:00)
"Atletiko" ciddi itki ilə üzləşdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa nəhənginin hücumçusu Antuan Qrizmann sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu komandanın məşqi zamanı sol ayaq əzələsindən zədələnib. 34 yaşlı forvardın yaşıl meydanlara qayıdış tarixi müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti