...

“Liverpul”un futbolçusu "Tottenhem"ə keçir

İdman Materials 24 Yanvar 2026 17:10 (UTC +04:00)
“Liverpul”un futbolçusu "Tottenhem"ə keçir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Liverpul"un sol cinah müdafiəçisi Endryu Robertson komandadan ayrılmağa yaxındır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda insayder Nikolo Şkira məlumat yayıb.

31 yaşlı futbolçu karyerasını "Tottenhem"də davam etdirəcək. O, artıq London klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalamaq barədə razılığa gəlib.

Robertsonun "Liverpul"la hazırkı müqaviləsi bu ilin iyun ayına qədərdir və uzadılmayacaq. Endryu 2017-ci ilin yayından bəri "Liverpul"da oynayır. Futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 21 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti