...

Traore "Fulhem"dən ayrılır

İdman Materials 24 Yanvar 2026 17:58 (UTC +04:00)
Traore "Fulhem"dən ayrılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin "Fulhem" klubunun ispaniyalı hücumçusu Adama Traore karyerasını "Vest Hem"də davam etdirəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Klub Qvido Rodrigezin komandadan ayrılaraq "Valensiya"ya keçməsindən sonra heyəti Traore ilə gücləndirmək qərarına gəliblər.

London təmsilçisi ispaniyalı futbolçunun komandanın oyun sisteminə ideal şəkildə uyğun gəldiyini düşünür. Məlumata görə, artıq həm futbolçu, həm də "Fulhem"lə razılıq əldə olunub və transferin rəsmiləşməsi son mərhələdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti