...

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular

İdman Materials 8 Fevral 2026 21:28 (UTC +04:00)
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

Trend-in məlumatına görə, 81 kiloqram çəkidə çıxış edən idmançı finalda yaponiyalı Yuhei Onoya uduzub.

Bu gün mübarizəyə başlayan digər cüdoçularımız rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Bununla da Azərbaycan millisi “Böyük Dəbilqə"ni 3 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kiloqram) qızıl, Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti